Əkrəm İmamoğlu Ərdoğana meydan oxudu: "Bu ölkənin "kupçası"nı millət təkrar geri alacaq"

img

19-01-2023 [19:47]


İstanbulda imkansız ailələr üçün nəzərdə tutulan sosialyönümlü yeməkxananın açılışını edən İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu maraqlı mesajlar verib.

Mia.az xəbər verir ki, bu il mayın 14-də keçiriləcək prezident seçkilərinə üstüörtülü toxunan Əkrəm İmamoğlu Ərdoğana meydan oxuyub.

O, açılışa qatılan istanbulluların "prezidentliyə namzidəliyini açıqla", "namizəd ol" çağırışlarına belə cavab verib: "Bu ölkənin uşaqları, gəncləri, qadınları, kişiləri çox ümidli və rahat olsun, bu ölkə 86 milyon insana məxsusdur, bir nəfərə deyil. Bu ölkənin "kupçası"nı millət təkrar geri alacaq. Hər şey çox gözəl olacaq".

Zülfiyyə,
Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA