General Laçın və Kəlbəcərdə: hərbi hissələrinn döyüş hazırlığı yoxlanıldı - FOTOLAR

img

19-01-2023 [18:46]


Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.

Mia.az xəbər verir ki, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA