LAÇIN YOLUNDAKI AKSİYANIN 39-cu GÜNÜ: daha 4 maşında erməni ailələr Ermənistana aparılıb (Yenilənib)

img

19-01-2023 [22:20]


Bu gün Laçın yolunda azərbaycanlı ekofəallar və könüllülərin etiraz aksiyasından 39 gün ötür.

Mia.az xəbər verir ki, ötən gecəboyu da aksiya davam edib.

Bu gün səhər isə dövlət himnimizlə aksiyanı açan etirazçılar ermənilərin ekoloji terroruna qarşı şüarlar səsləndiriblər.

Bundan əlavə, bu gün səhər 9.00 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus daha 4 maşının Xankəndidən Ermənistana doğru rahat hərəkəti müşahidə olunub. Həmin maşınlarda erməni ailələr olub.

Son məlumata görə, bu gün saat 10.30-dək sülhməramlılara məxsus ümumilikdə 16 maşın da Xankəndidən Laçına doğru hərəkətlənib.

***

Mia.az xəbər verir ki bu gün 15.00-dak sülhməramlılara məxsus daha 21 maşın yoldan hər iki tərəfə rahat hərəkət edib.

***

Mia.az-ın məlumatına görə, bu gün saat 22.00-dən sülhməramlılara məxsus ümumilikdə 56 maşın youn hər iki istiqamətinə sərbəst hərəkət edib.

Bu fakt br daha sübut edir ki, ermənilərin beynılxalq ictimaiyyətə ötürdüyü "Azərbaycan Laçın yolunu bağlayıb" yalanının heç bir əsası yoxdur. Yol hal-hazırda humanitar məqsədlər üçün tamamilə açıqdır, gün ərzində erməni ailələr belə rahat şəkildə yoldan istifadə edirlər.  

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA