Sabir Rüstəmxanlının qardaşına təzminat ödəniləcək - "Deyirdilər ki, Əlövsət ölüyə də, diriyə də saxta sənəd satır"
18-01-2023 [23:51]
"Bildiyiniz kimi, 13 noyabr 2019-cu ildə Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən insanları qanunsuz daşıma faktına görə şübhəli şəxs kimi saxlanılmışdım. 3 aydan sonra 19 fevral 2020-ci ildə isə barəmdə olan həbs qətimkan tədbiri dəyişdirilmişdi və həbsdən azad edilmişdim".
Mia.az xəbər verir ki, bu sözləri Almaniyada yaşayan hüquqşünas, deputat Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev deyib.
Onun sözlərinə görə, barəsində olan cinayət işi araşdırılıb: "2019-ci ildə 6 ay ərzində telefon danışıqlarım dinlənilmişdi. Həbs olunan zaman üstümdə olan və götürülən bir ədəd mobil telefon, ofisdə və evdə aparılan axtarışlar zamanı 4 ədəd mobil telefon, 3 ədəd laptop, 2 ədəd kompüter, eləcə də bütün sənədlər və qeyd dəftərləri götürülmüşdü.
Telefon danışıqlarım, email və Whatsapp yazışmalarım da daxil bütün sənədlərin yoxlanılması və bəzi şəxslərin ifadələrinin alınması 2023-cü ilin yanvar ayına kimi davam edib. 2017-ci ilin yanvar ayından sonrakı bütün fəaliyyətim araşdırıldı və fəaliyyətimdə hansısa hüquq pozuntusunun olması müəyyən edilmədi. 2 yanvar 2023-cü ildə isə barəmdə olan cinayət işinə xitam verilməsi haqqında Düsseldorf prokurorluğunun qəbul etdiyi qərar vəkilimə göndərilib və saxlandığım hər gün üçün təzminat ödəniləcəyi bildirilib".
Ə.Əliyevin sözlərinə görə, istintaq zaman müəyyən edib ki, barəsində eyni məzmunlu anonim şikayətlərlə yanaşı, rəsmi şikayət edən və əleyhinə ifadə verən də olub: "Əleyhimə ifadə verən şəxs verdiyi ifadəyə uyğun Meydan TV-yə müsahibə də verib. Meydan TV isə Almaniyada 3 dəfə məhkum olunmuş birinin ünvanıma dediyi “Əlövsət ölüyə də, diriyə də saxta sənəd satır" ifadəsini çəkinmədən paylaşmışdı".
Hüquqşünas qeyd edir ki, bu müddətdə itirdiklərim az olmayıb: "Ən çox itirdiyim isə insanlara, xüsusən yalanın qurbanına çevrilən KİV təmsilçilərinə olan güvənim oldu.
Məni tanıyanlar, xüsusilə ailəm və yaxınlarım ilk gündən bunun şər və böhtan olduğuna özüm qədər əmin idilər.
Yalan olduğunu bilərək şərəf və ləyaqətimi ləkələyən və məni nüfuzdan salan məlumatları paylaşanlar, əleyhimə KİV-lərə müsahibələr verməklə cəmiyyətdə məni gözdən və nüfuzdan salmağa çalışanlar şübhəsiz ki, qanun çərçivəsində cavab verməli olacaqlar.
Saxlandığım ilk gündən bunun bir anlaşılmazlıq olduğuna əmin olan ailə üzvlərimə və saxlandığım müddətdə mənə güvənərək barəmdə həqiqətə uyğun məlumat paylaşanların qarşısında dayanan hər kəsə - xüsusilə Almaniyada yaşayan İlqar Altaya, Niderlandda yaşayan Ataxan Əbilova, Tünzalə Rafiq qızına, saxlandığım təcridxanaya məktub yazan və mənə dəstək verməkdən çəkinməyən həmvətənlərimə, xüsusilə Günel xanım Ağazadəyə dərin təşəkkürümü bildirirəm!".
Mia.az
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi