Əyləş, Ermənistan, yenə də "iki" - İndi də statistikaya görə
16-01-2023 [21:59]
2020-ci ildə sarsıdıcı hərbi məğlubiyyətə uğrayan Ermənistanın pandemiyadan sonra iqtisadiyyatını dirçəltmək üçün bütün cəhdlərə baxmayaraq, “islahatçılar” hökuməti 30 ildir ölkənin regionda təsərrüfat və infrastruktur məkanına tam inteqrasiyasına mane olan köhnə maneələri dəf edə bilməyib.
Ermənistanın regional əmək bölgüsü sisteminə cəlb edilməməsi, nəqliyyat qovşaqlarına və əlçatan enerji mənbələrinə çıxışın olmaması, Türkiyə və Azərbaycanla diplomatik və ticari-iqtisadi əlaqələri normallaşdırmaq istəməməsi onilliklərdir “daşlar ölkəsi”nin iqtisadiyyatının zərərli vəziyyətə düşməsinə gətirib çıxarır. Hökumətdə real nəticələrin olmamasını Ermənistan mediası və sosial şəbəkələri statistika hoqqabazlığı və müxtəlif hiylələrlə kompensasiya etməyə çalışır.
Ermənistanın bir sıra internet resursu bu gün faktları dəyişdirmək üçün növbəti cəhdə əl ataraq, Azərbaycanın vergi gəlirləri ilə bağlı statistikanı Ermənistanın büdcə gəlirləri ilə müqayisə etməyə çalışıb.
Ermənistan mətbuatı bu gün Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmalarının artım dinamikası ilə bağlı dərc olunan məlumatlara istinad edib. 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 15 milyard 541,5 milyon manat (9 milyard 142 milyon ABŞ dolları), o cümlədən qeyri-neft sektoru üzrə daxilolmalar 27,9 faiz artaraq 8 milyard 134,9 milyon manat və ya 4 milyard 785 milyon ABŞ dolları təşkil edib. Bu məlumatlara əsaslanan Ermənistan mənbələri belə qənaətə gəliblər ki, neft dolları olmayan, ötən il büdcə gəlirləri 4 milyard 901 milyon ABŞ dollardan bir qədər çox olan Ermənistan Azərbaycan büdcəsinin qeyri-neft gəlirlərini üstələyib.
Azərbaycan artıq Ermənistan KİV-ləri tərəfindən statistik məlumatların yanlış müqayisəsində daim məlumatların təhrif edilməsinə öyrəşib. Elə bu məsələdə də söhbət məhz bundan gedir.
Belə ki, Azərbaycan Maliyyə Nazirliyinin ilkin məlumatlarına əsasən, 2022-ci ildə dövlət büdcəsinin ümumi gəlirləri 30,660 milyard manat və ya 18,035 milyard ABŞ dolları, o cümlədən qeyri-neft və qeyri-qaz büdcəsinin gəlirləri 15,279 milyard manat və ya 8,987 milyard ABŞ dolları təşkil edib. Axı Azərbaycan büdcəsinin qeyri-neft gəlirləri təkcə vergi daxilolmalarından ibarət deyil! Buraya həm də Dövlət Gömrük Komitəsi və digər dövlət orqanlarından daxilolmalar da daxildir. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların qeyri-neft sektoru üzrə payına gəlincə, bu, qeyri-neft büdcəsinin ümumi gəlirlərinin 53,2 faizini, yəni 4,785 milyard ABŞ dollarından bir qədər çox təşkil edir.
Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2022-ci il dövlət büdcəsinin bütün gəlirləri 4,901 milyard ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycanın təkcə qeyri-neft və qeyri-qaz büdcəsinin gəlirləri Ermənistan büdcəsinin bütün gəlirlərini 1,8 dəfə üstələyir.
Ermənistan KİV-ləri ölkə büdcəsinin bütün gəlirlərini Azərbaycan büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar ilə müqayisə edərək, görünür, qəsdən Azərbaycan büdcəsinin qeyri-neft gəlirlərinin vergi gəlirləri ilə yanaşı, başqa gəlir mənbələrinə də malik olduğunu gizlədiblər.
Bu rəqəmləri bəh-bəhlə tirajlayan resurslardan heç birinin jurnalisti özünü əziyyətə verib adi rəqəmləri belə təhlil etməyib, ya da edib, sadəcə görüb ki, bu, onlara sərf etmir və palaza bürünüb ellə sürünməyi üstün tutub. Axı xalqa yalan danışmaq onlar üçün bir növ adətə çevrilib.
Onilliklər ərzində diaspor və Rusiyanın ianələri ilə dolanan Ermənistan bizə nə qədər inkişaf etdiyini “sübut etməyə” çalışır. Bəs onda niyə bu qədər inkişaf edən ölkə bütün bu illər ərzində ən böyük regional layihələrdən kənarda qalıb?! Bakıya iri şirkətlər gəlib, amma heç vaxt hansısa şirkətin qovşaq mərkəzinin İrəvan olduğunu görməmişik.
Ermənistan davamlı olaraq Qərbdən və ABŞ-dan büdcəyə daha çox qrantlar ayrılması üçün yalvarır. Rəsmi Bakı isə heç vaxt heç nə istəmir, çünki Azərbaycan çoxdan beynəlxalq təşkilatlar üçün yüksək orta gəlirli ölkəyə çevrilib. Ölkəmiz dəfələrlə dünya reytinqlərində inkişafa görə lider olub. Bəs Ermənistan nəyə nail olub? Aydın deyil. Ermənistanın nə vaxtsa liderlər sırasına yüksəldiyini hələ eşitməmişik!
P.S. Biz artıq Ermənistan mediasının daim informasiya təhrifinə yol verdiyinə alışmışıq... Görünür, onlara statistikanı, verilənlərlə işləməyi bacarmağı öyrətmək lazımdır... “Mercedes”i BMW ilə, ən pis halda “Audi” ilə müqayisə etmək lazımdır, daha “Zaporojets" (Zapı) ilə yox. Rəqəmlər də yaman inadkar şeylərdir...
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videosuna görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi