Redaktorun "Hamı deyir ki, əgər kəndlərdə iş yeri açılsa…" yazısına hüquqşünas elə şərh yazdı ki... - "Bir kiçik obyekt tikmək üçün..."
16-01-2023 [18:48]
KVN-şık Bəhram Bağırzadənin "kənd adamları şəhər mühitinə uyğunlaşmaqda çətinik çəkir", - fikri sosial şəbəkə istifadəçilərini də iki yerə bölüb.
Mia.az xəbər verir ki, hər iki tərəf bir-birindən maraqlı fikir paylaşır, şərh verir.
Belə maraqlı paylaşımlardan biri də "Azvision.az" saytının redaktoru Vüsal Məmmədov yazıb.
Onun statusuna QHT rəhbəri, eyni zamanda, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, hüquqşünas Sahib Məmmədovun şərhi isə ölkədə işgüzar mühitin nə qədər ağır olduğunu göstərir.
Mia.az maraqlı olduğu üçün hər iki yazını təqdim edir:
Vüsal Məmmədov yazır:
"Hamı deyir ki, "əgər kəndlərdə iş yeri açılsa…"

Yaxşı, kəndlərdə iş yerini kim açmalıdır?! Əgər dövlətin açmalı olduğunu düşünürüksə, onda qayıdaq sosializm quruluşunu bərpa edək.
Bakıda bəyəm insanların çoxu dövlətin açdığı iş yerlərində çalışır ki?! Restoranlar, mağazalar, taksi, çatdırılma xidmətləri, şadlıq evləri, kosmetoloji salonlar… - bunları dövlət açıb?!
Kapitalizmdə dövlətdən iş yeri açmasını gözləməzlər. Onun sosializmdən fərqi elə bundadır.
Yuvarlaqlaşdırsaq, bölgələrdə iş yerini orada yaşayanlar özləri yaratmalıdırlar. Təsərrüfat qurmaq, yerli xüsusiyyətləri nəzərə alaraq biznes-modellər yaratmaq üçün iqtisadi cəhətdən savadlanmalıdırlar. Beyin bu istiqamətdə çalışsa, gec-tez inkişaf da, nəticə də olacaq. Amma təəssüf ki, regional beyin "inəyi satıb, ilkin ödənişlə bir "Prius" götürüm, gedim Bakıda taksi sürüm" istiqamətində işləyir.
Bunu deyəndə dönüb olursan düşmən. Amma nə qədər "düşmən" çıxarılsaq da, həqiqət bundan ibarətdir və kimsə bunu deməlidir. Bakıda mərkəzi hakimiyyət hansısa kənddə müassisə qurmaqla məşğul olmalı deyil. Bu məsələdə dövlətdən infrastruktur və logistika imkanları yaratmağı, kredit verməyi və digər yardımçı rolları tələb etmək olar.
Sahib Məmmədov isə bu yazıya belə şərhlə cavab verib:

"Onda kapitaliz qaydaları tətbiq olunsun. Bir kiçik obyekt tikmək üçün yüzminlərlə rüsumlar var. Layihənin razılaşdırlması rüsumu, elektrik, qaz və su üçün texniki şərtlərin alınması, layihələndirmə və çəkilmə üçün astronomik xidmət haqqı, tikinti haqqı, layihə haqqı və s. Yüz belə problem sayaram. Mən, ümumiyyətlə, Azərbaycanda sahibkarlıq fəaliyyəti, xüsusən istehsalla məşğul olmaq istəyənlərə normal adam kimi baxa bilmirəm. Bizdə himayə olunan biznesdən kənar biznes, biznes deyil, zülmdür və başqalarına işləməkdir".
Mia.Az
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi