DYP əməkdaşı xidməti maşınla piyadanı vurdu - Hadisə anının görüntüsü yayıldı (VİDEO)

img

16-01-2023 [13:55]


Xaçmaz-Xudat şossesində DYP əməkdaşı xidməti avtomobillə qəza törədib.

Mia.az xəbər verir ki, Xaçmaz RPİ Dövlət Yol Polis Bölməsinin əməkdaşı 99 YP 191 dövlət qeydiyyat nişanlı “BMW” ilə hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu vurub.

Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov “Qafqazinfo”ya bildirib ki, hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı özü piyadanı xəstəxanaya çatdırıb: “Hazırda onun müalicəsi Bakıda davam etdirilir. Faktla bağlı araşdırma aparılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA