Bələdiyyə sədrlərinin səlahiyyəti özlərinə qaytarılır... - Ekspertdən açıqlamalar
14-01-2023 [15:49]
"Prezidentin son müsahibəsində səsləndirdiyi "yeni yerli idarəetmə modeli" ilə bağlı mesajının nəyə işarə olduğu bəllidir. İşğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda artıq tətbiq olunan səlahiyyətli nümayəndə vəzifəsinin yerdə qalan 10 iqtisadi rayonda da tətbiqindən söhbət gedir".
Mia.az xəbər verir ki, b sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
O bildirib ki, təyin edilmiş şəxsin rayon və ya region səviyyəsində idarəetməyə cavabdehlik daşıması yeni idarəetmə modeli deyil: "Sadəcə mərkəzləşdirmənin daha kiçik ölçülü inzibati ərazi vahidlərindən daha böyük coğrafi sərhədlərə keçirilməsidir. İdarəetmənin fəlsəfəsini, nəticələrini, bölgə inkişafına təsirini dəyişmək üçün real istək varsa, bu, ultramərkəzləşdirilmiş idarəetmənin formasını dəyişməklə davam etdirilməsi yox, əksmərkəzləşdirilmiş sistemə keçidi tələb edir.
Əksmərkəzləşdirmə yerli sistemin kökündən demontajı, vətəndaşın səsilə formalaşan, taleyi bu səsdən asılı olan, bu səs qarşısında hər dəqiqə hesabatlı olmağa məcburiyyət hiss edən, uğursuz olduqda bu səslə kreslosundan atılan fərqli bir sistem deməkdir".
Röğvşən Ağayevin sözlərinə görə, əksmərkəzləşdirmə sovetlərdən qalan adı dəyişmiş, amma mahiyyətcə "1-ci katiblər" heyətindən ibarət olan icrakom sisteminə vida etmək demək deməkdir: "Əksmərkəzləşmə o deməkdir ki, ölkənin birinci şəxsi bələdiyyə sədrlərinin səlahiyyətini onların özünə qaytarır, ucqar kənddə belə yol, su çəkmək kimi vacib qərarları icma ilə birgə bələdiyyələr - seçkili qurumlar qəbul edir.
Kəndlərdə insanlar illərlə bir kəndin sərhədlərilə məhdudlaşan sosial problemlərin həlli üçün mərkəzin lütfünü gözləmir.
Avropa Şurasının "subsidiarlığın praktikada tətbiqi" adlı yanaşması var. Mahiyyəti odur ki, yerli problemlərin həlli üçün səlahiyyətlər və resurslar insanlara ən yaxın olan və onların iradəsilə seçilən qurumlara verilməlidir.
Ən yaxşı nəzarətçi səsi eşidilən vətəndaşdır - yerlərdə xərclənən büdcə pullarına nəzarəti onlara həvalə edin, görün korrupsioner məmurlara nə divan tuturlar. Bunun ən yaxşı nümunəsi beynəlxalq təşkilatların vəsaiti hesabına icma dəstəkli latyihələrin icrasıdır. Dəfələrlə şahidi olmuşam ki, icma adına ayrılan və nəzarəti özünə həvalə olunan pulların taleyilə hamı maraqlanırdı. Orda hətta 1 manatı belə oğurlamaq üçün imkan yaratmırdılar".
Mia.az
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi
Əli Əsədov qərar imzalayıb - Tibb işçilərinin maaşları ilə bağlı
Qiyas Sadıqovun partiyaya sədrliyi təsdiqlənib
“Qurtuluş” Reabilitasiya Mərkəzi barədə cinayət işi açılıb - Nəsimi Nəbizadə ilə reklam şousu fiaskoya uğrayıb
Prezident İlham Əliyev İsveçrədə - FOTOLAR
"Qarabağ" - "Ayntraxt" oyunu: nə qədər bilet satılııb?
Bakıda nəqliyyat hərəkətinə məhdudiyyət qoyulcaq - 20 yanvara görə
Azərbaycan əhalisinin sayı açıqlanıb
İTV-nin Yayım Şurasına yeni namizədlərın adları bəlli oldu - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" "Atletiko Madrid"lə oyuna hansı oyunçularla çıxacaq?
Alim Qasımov: "Qadınlara araq vermədik, içib sərxoş olalar..."
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət
"Burada pis nə var ki?" - Niyaməddin Musayevdən gecə klublarında oxumasına reaksiya
Ombudsman bəyanat verdi - MƏTN
İCRA BAŞÇISININ MÜAVİNİNİN ƏRİ XALQIN İNANCINI TƏHQİR ETDİ - Xanım məmur bu paylaşıma görə istefa verir? (VİDEO)
Bakıda sulu qar yağacaq - Sabahın hava proqnozu
“Yaponiya, Koreya - hamısı Kitaydır” - Meyxanaçı Balaəli + VİDEO
Deputat maaşlarla bağlı dəyişikliyə izahat verdi
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanında - VİDEO
"Show TV"dən kuryoz qərar: məşhur aparıcı keçmiş ərinə görə kanaldan uzaqlaşdırıldı - "Qurban edildim..."
Suriya Ordusu Tişrin su anbarına nəzarəti ələ keçirib - Açıqlama
Diplomatik korpus nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı-Sumqayıt-Bakı sürət qatarının qrafiki dəyişdi
Generalın yerinə təyinat oldu - Rəisə vəzifə verildi
Sabiq icra başçısının oğlu həbs edildi - Məhkəmə qərarı
Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
İspaniyada qatarlar toqquşdu: 39 nəfər ölüb, xeyli xəsarət alan var
İranda aksiya: 3919 nəfər ölüb, 24669 nəfər isə qandallanıb
Elşad Xose həbsdən buraxılıb
İstanbul qara təslim oldu - FOTOLAR
Güclü geomaqnit qasırğası gözlənilir
Hüquqi şəxslərin dövlət reyestri qaydaları dəyişib - Qərar
Türkiyədə qayıq batdı: 1 nəfər ölüb, 4 nəfər isə xilas edilib
Afrika Millətlər Kuboku: "Beşiktaş"ın futbolçusu zədələnib
Ərdoğan Suriya prezidenti ilə danışdı - Son əməliyyatla bağlı
"Samsunspor" qələbə üzünə həsrət qalıb
İlham İsmayıl xəstəxanaya yerləşdirildi