Üç rayona rəis təyin olundu - Xidmətdə növbəti dəyişikliklər

img

06-12-2022 [19:00]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişiklikləri olub.

Mia.az “unikal”a istinadla xəbər verir ki, təyinatlarla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, SHXÇDX-nin Goranboy bölməsinin rəisi, polkovnik-leytenant Xəyyam Babayev vəzifəsindən azad edilərək Xidmətin Ağdam rayon bölməsinin rəisi təyin olunub. X.Babayevin yerinə isə Mirqasım Abbasov təyinat alıb. O, bundan öncə Xidmətin Daşkəsən rayon bölməsinin rəisi işləyib.

Daşkəsən rayon bölməsinə isə Səbuhi Abdullayev rəis təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA