Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20-10-2022 [00:03]
Qoç - çətin zamandır. Qarşınıza qoyduğunuz məqsədə tezliklə çatmaq mümkün deyil. Buna görə də başladığınız işlərə marağınız itməsin. Sözsüz, onların bəzilərini yaxın vaxtda bitirmək çətindir. Amma yolunuzdan dönməyin, çalışın, zəhmət çəkin. İşdə rəhbərliklə fikir ayrılığı və ya mübahisə ola bilər.
Əvvəllər etdiyiniz səhvləri xatırladır, istənilən qərar və ya addımınızı sərt tənqid edirlər.
Günün ikinci yarısı da sakitlik vəd etmir. Dəyər verdiyiniz, sayğı bəslədiyiniz insanın könlünü qırmayın. Yaranmış situasiyanı sakit şəraitdə, tələsmədən təhlil edin. Effektiv fəaliyyət taktikası hazırlayın. Belədə bir çox problemləri çözə bilərsiniz.
Buğa - çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisindəki maneələri dəf edin. Şəxsi münasibətlərdəki çətinliklərin aradan qaldırılması üçün səy göstərin. İşdə mübahisə edən həmkarlarınızı barışdırın. Sülhməramlı missiyanın öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş insana yardım edin. Soyuqqanlı və təmkinli davranın.
Alacağınız məbləğin "gəlişi" ləngiyir. Narahat olmayın, ağır maliyyə böhranı olmayacaq. Sadəcə, xərcləri bir qədər azaldın. Bəzi alışları təxirə salın.
Əkizlər - son vaxtlar sizi narahat edən məsələləri həll etmək imkanları yaranıb. Şəxsi münasibətlərdəki gərginliyi aradan qaldırın. Peşəkar fəaliyyət müstəvisindəki maneələrlə sədləri dəf etmək olar. Təxəyyülünüzü və məntiqinizi işə salın. Problemlərin orijinal həlli ənənəvi metodlarla müqayisədə daha effektivdir.
Günün ikinci yarısı yaradıcılıq planlarının həyata keçirilməsi üçün münasib zamandır.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir. İşlər çox olsa belə, yorğunluq və gərginlik hiss etməyəcəksiniz. Yaxınlarınızla danışın, yaxın gələcəklə bağlı planları müzakirə edin.
Sevdiyiniz insanı hədiyyə ilə sevindirin.
Xərçəng - günün ilk yarısında nigaranlıq və narahatlıq yarana bilər. Yaxın ətrafınızdakı insanların sizə qarşı olduqlarını düşünməyin. Fikir ayrılıqlarını həll edin, dəyər verdiyiniz insanlarla dil tapın. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Sövdələşmə və anlaşmalar gəlir verəcək. Alış-veriş üçün əlverişli zamandır.
Günün ikinci yarısında yaxınlarınıza diqqət ayırın, onların qayğısına qalın. Problemlərini sizinlə bölüşmək istəyən insanları dinləyin. Belədə iradlar və inciklik olmayacaq.
Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edə bilərsiniz.
Şir - uğurlu gündür. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni, daha maraqlı işlərə başlamaq olar. Faydalı tanışlıq baş tutacaq. İşdə həmkarlarla münasibətləri normallaşdırmaq şanslarını əldən verməyin. Diqqətli və səlis davranın. Yardıma ehtiyac duyan insana kömək edin.
Günün ikinci yarısı romantik münasibətlər üçün faydalıdır. Çoxdan bəri maraqlandığınız insanla görüş olacaq. Sevdiyiniz insanla təmaslardan həzz ala bilərsiniz.
Axşam saatlarında diqqətli olun.
Qız - günün ilk yarısında risk etməyin. Maliyyə məsələlərində soyuqqanlı və diqqətli davranın. Sınanmış metodlardan yararlanın, başqasının təcrübəsindən istifadə edin. Səhv addımlar ataraq sonrakı acı təcrübədən bəhrələnmək ən yanlış yoldur. Müttəfiqlər və dostlar sizə maraqlandığınız suallara cavab tapmağa yardım edəcəklər.
Dəyər verdiyiniz insanlarla günün ikinci yarısında qayğıkeş olun.
Axşam saatları xoş sürprizlər vəd edir. İndiyədək laqeyd olduğunuz məqama diqqətiniz artacaq. Yaxın ətrafınızdakı insanlarla normal davranın. Ünsiyyət çevrənizi məhdudlaşdırın.
Tərəzi - hansısa işlər alınmazsa və ya olaylar məcrasından çıxarsa, narahat olmayın. Hər şey gözləntilərinizə uyğun olmazsa, olaylar planlaşdırılan məcrada getməzsə, təşvişə düşməyin, narahat olmayın. İşdə rəhbərlik və həmkarlarla ünsiyyətdə çevik, məntinqli olun. Güzəştə hazırlığınızı qarşı tərəf yetərincə dəyərləndirəcək. Emosiyalara uymayın.
Günün ikinci yarısında yeni yaradıcılıq planları və biznes-ideyalar formalaşacaq. Gəlir əldə etməyin orijinal yollarını arayın. Ağır fiziki işlə özünüzü ifrat dərəcədə yormayın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Ağır iş səhhətinizdə problemlərin yaranmasına, xroniki ağrıların kəskinləşməsinə səbəb ola bilər.
Əqrəb - işgüzar görüşlər, uzunmüddətli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi, anlaşma və sövdələşmələr üçün əlverişli zamandır. Hətta ən cəsarətli və orijinal ideyalarınız dəstəklənəcək. Gözlənilməz mənbədən gəlir əldə edilməsi istsina deyil. Unutduğunuz köhnə borcu qaytaracaqlar.
Günün ikinci yarısında şəxsi münasibətlərdə dəyişikliklər, xoş sürprizlər olacaq. Uzun müddətdən bəri rəğbət bəslədiyiniz insanı görüşə çağıra bilərsiniz. Ailə üzvləri və yaxınlarınızla ünsiyyət sizdə xoş təəssüratlar yaradacaq.
Axşam saatlarında normal istirahət etməyə can atın.
Oxatan - günün ilk yarısında yaranan problemlər sizdə təşviş hissi yaratmasın. Onları sürətlə həll etmək mümkündür. Çətinliklərin dəf olunması üçün ifrat zəhmətə ehtiyac yoxdur.
Kölgədə qalmağa çalışın. İşdə rəhbərlikdən uzaq durun. Peşəkar fəaliyyət sahəsində gələcəyinizin asılı olduğu insanlarla diqqətli olun.
Günün ikinci yarısı qarşınızda yeni imkanlar açır. Fürsətdən yararlanın, perspektivli planları seçməyi bacarın. Maliyyə durumunuzu yaxşılaşdıra bilərsiniz. Bir qədər çox çalşımalı olacaqsınız. Şikayətlənməyin, başladığınız işi başa vurun.
Yaxınlarınız sizə, məmnuniyyətlə, yardım edəcəklər.
Oğlaq - günün ilk yarısında çətinliklər az olmayacaq. Problemlər çoxsaylıdır. Onları həll etmək olar. Problemlərin öhdəsindən gəlməkdə sizə yardımçı olacaq insanları tapa bilərsiniz. Yaxşı məsləhətlə yanaşı, real işlər də istisna deyil.
Aldığınız işgüzar təklifləri ehtiyatla qəbul edin, diqqətli olun. Razılaşmağa tələsməyin. Təkliflər maraqlı olsa da, sizi aldatmağa çalışırlar.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Münaqişələrə yol verməyin. Soyuqqanlı olun, emosiyaların qurbanı olmayın. Alış-verişdə çox pul xərcləməyin. Gərəksiz əşyalar almayın.
Dolça - günün ilk yarısı əlverişli zamandır. Ən cəsarətli planlarınızı reallaşdırmaq, niyyətinizi həyata keçirmək şansları var. Yeni tanışlıqlar istisna deyil. İlk dəfə gördüyünüz insanla dil tapmağa can atın. Bələd olduğuunz insanlarla tərəfdaşlıqda diqqətli davranın.
Təriflər eşidəcəksiniz.
Günün ikinci yarısında gəlirlər, dəyərli hədiyyələr istisna deyil. Alış-verişdə bahalı əşya ala bilərsiniz. Bütün ailə üzvlərinin istifadə edə biləcəyi nəsnə alın. Məişət texnikası da almaq olar.
Axşam saatlarındakı tanışlığın yaxşı perspektivləri var.
Balıqlar - günün ilk yarısında önəmli hadisələr baş verməyəcək. Situasiyadan yararlanaraq mövqelərinizi daha da gücləndirin, qüvvələrinizi bərpa edin.
İndiyədək görməyə vaxt tapmadığınız işləri bitirin. Peşəkar fəaliyyət müstəvisində yeni məsələlər var. Onların həlli maraqlı proses olacaq, bilik və təcrübənizi artıracaq.
Günün ikinci yarısında səfər uğurlu alınacaq. Faydalı tanışlıqla yanaşı, sərfəli anlaşmaya nail ola bilərsiniz. Şəxsi münasibətlərdə də irəliləyiş istisna deyil. Dəyər verdiyiniz insanlarla ünsiyyətdə səmimi və qayğıkeş olun.
Milli.Az
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR