Kiriakos Mitsotakis: “Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi xüsusi hadisədir”

img

01-10-2022 [20:06]


Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi hadisədir.

Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi zamanı deyib.

“Prezident Əliyevin qeyd etdiyi kimi, bu kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql olunacaq və əlbəttə ki, bu, regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə təbii qaz şəbəkəsinin inkişafına töhfə verəcək”-deyə, o bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA