Bakının oğurluq edən qadın saxlanılıb

img

12-02-2026 [15:56]


Bakının Nərimanov, Səbail və Nəsimi rayonlarında zərgərlik mağazalarından oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən zərgərlik mağazasından 3 min manatlıq qızıl-zinət əşyalarının oğurlanması məlumatı əsasında əməliyyat keçirilib. Keçirilən tədbirlərlə sözügedən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı N.Dadaşova saxlanılıb.

Araşdırmalar zamanı onun Səbail və Nəsimi rayonları ərazisində yerləşən digər zərgərlik mağazalarından da 2 min manatlıq qızıl-zinət və gümüş məmulatlarını oğurladığı müəyyən edilib. Şübhəli şəxsin əməli mağazalardakı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA