Bakıda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidəki yanğın söndürülüb (Yenilənib)

img

11-07-2022 [22:22]


Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mia.az FHN-ə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, təqribən 700 m² sahədə quru ot və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Mia.az FHN-ə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA