Suriya ordusu YPG-yə xəbərdarlıq etdi

img

13-01-2026 [19:12]


Suriya Müdafiə Nazirliyi Fərat çayının qərbindəki YPG qüvvələrinə xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xəbərdarlıqda onlardan dərhal  Fərat çayının şərqinə çəkilməsi tələb olunub.

Suriya ordusundən bildirilib ki, Fərat çayının qərbi bu gündən hərbi zona elan edilib.

Türkiyə mətbuatı yazır ki, xəbərdarlıqla yanaşı, Suriya ordusu YPG-lilərin kompakt cəmləşdiyi Fərat çayının qərbinə əlavə canlı qüvvə və hərbi texnika yığır: "Bu isə o deməkdir ki, qarşıda tərəfləri böyük bir savaş gözləyir..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA