Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir

img

13-01-2026 [19:28]


Mobil operator avtomobil sahibləri üçün nəzərdə tutulmuş “SMSRadar” xidmətində “Premium” abunəliyi istifadəyə verib.

Mia.az xəbər verir ki, yeni abunəlik sürücülərə avtomobillə bağlı daha detallı məlumatlara vahid platforma üzərindən sürətli və rahat çıxış imkanı yaradır.

“SMSRadar Premium” çərçivəsində istifadəçilər avtomobilin qeydiyyat və sığorta məlumatlarını izləyə, cərimələrə və sürücülük vəsiqəsi ilə bağlı mövcud məhdudiyyətlərə nəzarət edə bilirlər. Bununla yanaşı, xidmət çərçivəsində pulsuz sınaq imtahanlarına və “Sual-Cavab” bölməsinə giriş də təmin olunur.

Xidmətə qoşulmaq üçün abunəçilər “P” yazıb 5666 qısa nömrəsinə göndərə bilərlər. Premium abunəliyin aylıq xidmət haqqı 1 AZN təşkil edir.

“SMSRadar” tətbiqi “Google Play Store” və “Apple App Store” mağazalarında əlçatandır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA