"Referans Medical Group"un qalib elan edildiyi tenderlər: şübhəli məqamlar və... - ARAŞDIRMA
14-01-2026 [12:57]
Referans Medical Group illərdir dövlət tenderlərinin əsas "qaliblər”indən biridir. Xüsusilə milyonluq layihələr qrupa daxil olan MMC-lər vasitəsilə reallaşdırılır. Bu satınalma müqavilələrinin hansı şərtlərlə bağlandığı, niyə məhz "Referans"ın seçildiyi cəmiyyətə bəlli deyil. Çünki müqavilələr əsasən bir mənbədən imzalanır.
Mia.az Teleqraf-a istinadən xatırladır ki, "Referans" fəaliyyəti dövründə ən böyük sifarişini ötən ilin sonunda alıb.
Belə ki, 2025-cü ilin sonuna yaxın Ədliyyə Nazirliyinin Tibb baş idarəsində və onun tabe qurumlarında dərman preparatlarının və sarğı materiallarının satın alınması üçün "Referans Pharmaceuticals” MMC ilə 2 milyon 580 min manat dəyərində müqavilə imzalanıb. Satınalma bir mənbədən baş tutub. Yəni "Referans Pharmaceuticals” MMC-yə hansı göstəricilərə görə üstünlük verildiyi bəlli deyil.
Ötən ilin sentyabrında "İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üçün "Referans Pharmaceuticals” ilə bağladığı müqavilə də diqqət çəkir. Publik hüquqi şəxs dərmanların alınması üçün MMC-yə 9 milyon 982 min 947,5 manat ödəyib. Müqavilənin icrasının bitmə tarixi bu ilin sentyabr ayı qeyd edilib.
Yeri gəlmişkən, bu "İnnovasiya və Təchizat Mərkəzi”nin "Referans Pharmaceuticals” ilə ilk əməkdaşlığı deyil. Publik hüquqi şəxs 2024-cü ildə də ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üçün MMC-yə 11 milyon 169 min 120,08 manat ödəyib.
"Referans Pharmaceuticals” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də "ən sevimlilərindəndir”. Dövlət Agentliyi 2023-cü ildə "Referans Pharmaceuticals” ilə 23 milyon manat dəyərində 2 müqavilə imzalayıb. Söhbət 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər tibb müəssisələri üçün 6 milyon 947 min 527,3 manat dəyərində dərman vasitələrinin, 2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünə qədər 15 milyon 526 min 795,63 manat dəyərindən dərman vasitələrinin alınmasından gedir.
İctimaiyyətə açıq olan məlumatlara görə, bu şirkət 2021-ci ildə Agentliyin keçirdiyi tenderlərdə 12 dəfə qalib olub.
Agentlik 2021-2022-ci illər üzrə hepatit əleyhinə dərman vasitələrinin satın alınması məqsədilə 385.860 manat, qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramına dair dərman vasitələrinin satın alınması məqsədilə 1 milyon 418 min 902,8 manat, tibb müəssisələri üçün spesifik dərman vasitələrinin satın alınması məqsədilə 1 milyon 192 min 926 manat, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələrinin satın alınması məqsədilə 54.143 manat, sümük iliyinin diaqnostikası üçün spesifik vasitələrin satın alınması məqsədilə 54.392 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı üzrə dərman vasitələrinin satın alınması məqsədilə 134.992 manat dəyərində, "Referans Pharmaceuticals” ilə müqavilələr bağlayıb.
Bundan əlavə 2021-ci ildə talassemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası çərçivəsində dərman vasitələrinin və tibbi sərfiyyat mallarının satın alınması üçün keçirilən tenderdə də "Referans Pharmaceuticals”a üstünlük verilib. Müqavilənin dəyəri 1 milyon 615 min 243 manat olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elə həmin ildə "Referans Pharmaceuticals” ilə ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələrinin satın alınması üçün 1 milyon 417 min 475 manat, eləcə də imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün 1 milyon 51 min 911 manat dəyərində müqavilələr imzalayıb.
"Referans” pulu əsasən COVİD-19 pandemiyası dövründə qazanıb.
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti 2020-2022-ci illərdə əməkdaşlarında COVİD-19 virusunun müəyyən edilməsi üçün "Referans”dan laborator xidmətlər satın alıb. Müqavilənin birinin dəyəri 103.663 manat, digərinin dəyəri 132.552 manat olub.
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi isə "Referans”dan COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə analizlərin götürülməsi və laborator diaqnostikası xidmətlərinin satın alınmasına 2020-ci ildə 170 min (iki müqavilə), 2021 -ci ildə 248.508 manat, 2022-ci ildə 38.232 manat xərcləyib.
Sahibkarlığın İnkişafı Fondu publik hüquq şəxs də COVİD-19 virusuna qarşı test analizlərinin aparılması xidmətləri üçün MMC-yə 2021-ci ildə 43.612, 2022-ci ildə 38.615,5 manat ödəyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində "Referans”dan 156.715,8 AZN dəyərində dərman vasitələri, eləcə də 1.180.000 AZN dəyərində tibbi sərfiyyat malları, laborator reaktivlər və sərfiyyat malları, həmçinin PCR kit dəstləri və onlara uyğun sərfiyyat malları satın alıb.
1,2,3 və 6 Saylı DOST Mərkəzləri əməkdaşlarını "Referans"da COVİD-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə test müayinəsindən keçirilməsinə 155,098 manat xərcləyiblər.
MİDA isə COVİD-19 virusu ilə əlaqədar tibbi testlərin və müvafiq analizlərin aparılması üçün 137.776,8 AZN ödəyib.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə COVİD-19 pandemiyası ilə bağlı müayinə-test xidmətləri satın alınması üçün "Referans” ilə 35 min manat dəyərində iki müqavilə bağlayıb.
"BakuBus” MMC-nin sürücülərinin səyyar yoxlama yerlərində və inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətini "Referans"dan 480.024 AZN-ə satın alıb.
"Referans Pharmaceuticals” və Referans Klinik Laboratoriya Mərkəzi MMC-lər kimə məxsusdur?
Referans Medical Group bir zamanlar "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlıya məxsus olub. Vəzifəsindən uzaqlaşdırıldıqdan sonra biznesi əlindən alınıb. Məlumatlara görə, qrupa daxil MMC-lərin qanuni təmsilçiləri fərqli şəxslər olsa da eyni sahibkarın nəzarətindədir.
Qeyd edək ki, Referans Medical Group 2020-ci ildə pandemiyanın pik zamanında - may ayında yaradılıb. Ona qədər R.Bayramlı artıq tibb sahəsində biznesini qurmuşdu. "SPEKTR MED” (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vasitəsilə həyata keçirirdi. Eləcə də "Referans” brendi altında dərman, laboratoriya xidmətlərini Referans Medical Group brendi altında birləşdirib. Qrup yaradıldıqdan dərhal sonra dövlət layihələrində iştirak edib. Milyonluq tenderlərin əsas qalibi olub.
Referans Medical Group yaradıldıqdan dərhal sonra dövlət layihələrində iştirak edib. Milyonluq tenderlərin əsas qalıbı olub.
Yeri gəlmişkən, Referans Medical Group təsis edildiyi gündən qanuni təmsilçisi Elgiz Dadaşovdur.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.10.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 100 manat olan MMC-nin qanuni təmsilçisi isə Əliyev Abbas Famil oğludur.
Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 21.10.2014-cü il tarixdə Heydərov İqbal Qəhrəman oğlu tərəfindən təsis edilib.
Referans Klinik Laboratoriya Mərkəzi 2014-cü ildə "Referans Pharmaceuticals”dan bir neçə gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu MMC-nin də nizamnamə kapitalı cəmi 100 manatdır. Qanuni təmsilçisi Heydərova Aytən Oktay qızıdır.
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib