AFFA klub prezidentni cəzalandırdı - Bir komanda isə yarışdan kənarlaşdırıldı

img

14-01-2026 [14:06]


AFFA "İstiqlal" klubunu Region Liqasından kənarlaşdırıb.

Mia.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

28 dekabr 2025-ci il tarixində keçirilməli olan "İstiqlal" – "Sabirabad" oyunu meydan sahiblərinin təyin edilən vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə "İstiqlal" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal ardıcıl üçüncü dəfə təkrarlandığı üçün komandanın yarışdan kənarlaşdırılmasına qərar verilib.

Bundan baqşa, AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "VT Gəncə" komandasının prezidenti Hacıbala Əzimova 10 oyunluq cəza verib. Buna səbəb onunn "Xocalı" ilə matçda hakimləri təhqir etməsi olub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA