Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu

Pereiranın komandası uduzdu - 15 dəqiqəyə 3 qol vuruldu

İDMAN

02.03.2026, 00:16

İngiltərə Premyer Liqasının 28-ci turunda Türkiyə yığmasının futbolçusu Ferdi Kadıoğlunun formasını geyindiyi "Brayton" doğma meydanında Vitor Pereiranın baş məşqçilik elədiyi "Nottingem Forest"i qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Brayton"  "Nottingem Forest"i evinə əliboş göndərib - 2:1.

Məlmat üçün qeyd edək ki, hər üç qol ilk 15 dəqiqədə vurulub. "Brayton"un qollarına Dieqo Qomez və Denni Uelbek, "Nottingem"in yeganə qoluna isə Morqan Gibbs-Uayt imza atıb.

"Brayton"da Ferdi Kadıoğlu start heyətində meydana çıxıb və sonadək meydanda qalıb.

Bu qələbə ilə "Brayton"un xalı 37-yə çatıb.  Liqada qələbəsiz seriyası 5 oyuna çatan Vitor Pereiranın komandası isə 27 xalda qalıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR