Prezident “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib - DETALLAR
05-07-2022 [14:36]
Azərbaycanda kritik informasiya infrastrukturu obyektlərinin reyestri aparılacaq.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kritik informasiya infrastrukturu obyektlərinin reyestrini aparacaq. Reyestrin strukturu, yaradılması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanuna əlavə edilən yeni maddədə isə kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemi müəyyənləşir.
Belə ki, kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna kibertəhdidlərin, kiberhücumların, kiberinsidentlərin, habelə bu əməllərin törədilməsinə cəhdlərin aşkarlanması, qarşısının alınması və zərərli nəticələrinin aradan qaldırılması məqsədilə müvafiq infrastrukturun informasiya təhlükəsizliyini idarəetmə sistemini təşkil etməli və onun fəaliyyətini təmin etməlidirlər.
Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin tərkibi və fəaliyyət qaydası kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər əsasında, kritik informasiya infrastrukturu subyektinin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, onun tərəfindən müəyyən edilir və kritik informasiya infrastrukturu obyektlərinin reyestrinə yerləşdirilir. Səlahiyyətli orqan həmin idarəetmə sistemlərinin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə uyğunluğunun təmin olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.
Kritik informasiya infrastrukturu subyekti səlahiyyətli orqanla qarşılıqlı əlaqələrin operativliyini təmin etmək məqsədilə kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə məsul şəxs təyin edir və bu barədə məlumatı kritik informasiya infrastrukturu obyektlərinin reyestrinə yerləşdirir.
Kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər, habelə bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatları kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərlə müəyyən edilmiş qaydada səlahiyyətli orqana göndərməlidirlər.
Digər dəyişikliklə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarət qaydası məlum olur. Belə ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyin təmin olunması vəziyyətinə nəzarətin məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə kritik informasiya infrastrukturu subyektlərinə kömək göstərilməsi yolu ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarının mühafizə edilməsindən ibarətdir.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi vəziyyətinə nəzarət səlahiyyətli orqan və kritik informasiya infrastrukturu subyektləri tərəfindən həyata keçiriləcək.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi vəziyyətinə nəzarət kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə uyğunluğunun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, bu tələblərə riayət edilməsinin yoxlanılması, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz monitorinqinin aparılması, müdaxilə sınaqları və kənar audit yoxlamalarının həyata keçirilməsi vasitəsilə həyata keçiriləcək.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən riayət olunmasının yoxlanılması həmin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektlərə gəlmədən aparılacaq.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinə gələ bilər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərində həyata keçirilən fəaliyyət zamanı aşkar edilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.
Kritik informasiya infrastrukturu subyektləri səlahiyyətli orqan tərəfindən aşkar edilmiş kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin pozulması hallarını onun tələbinə əsasən təxirəsalınmadan aradan qaldırmalı və görülmüş tədbirlərin nəticəsi barədə məlumat verməlidirlər.
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə uyğunluğun təmin edilməsi, o cümlədən informasiya təhlükəsizliyini idarəetmə sisteminin tələblərə müvafiq fəaliyyətini təşkil etmək üçün kritik informasiya infrastrukturu subyektləri ildə bir dəfədən az olmayaraq kibertəhlükəsizlik xidməti provayderi tərəfindən kənar audit yoxlamalarının keçirilməsini və onun nəticələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilməsini təmin etməlidirlər.
Yeni dəyişikliyə əsasən, kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin infrastrukturun sahibi, onun vəzifəli şəxsi və ya ona kibertəhlükəsizlik xidməti göstərən provayder (təchizatçı) tərəfindən pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə ediləcək.
Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına və funksionallığının təmin olunmasına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimələnəcək.
Kritik informasiya infrastrukturu obyektinə yönəlmiş kibertəhdidlər, kiberhücümlar, kiberinsidentlər və bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatın müəyyən edilmiş qaydada kritik informasiya infrastrukturu subyekti tərəfindən aidiyyəti dövlət orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaq.
Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına dair tələblərin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 3 ay ərzində kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemini yaratmalı və onun funksionallığının təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməyəcək.
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"