İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı protokol imzalayıb - Açıqlama

img

05-07-2022 [12:26]


Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde NATO-ya daxil olmaq barədə protokollar imzalayıblar.

Mia.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku tviter hesabında paylaşım edib.

Alyansın Baş katibi Yens Stoltenberq isə mərasimdə deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük müddəti rəsmi olaraq başlayıb: “Bu gün yaxşı gündür. Masa ətrafındakı 32 dövlətlə daha da güclü olacağıq. On illərin ən ciddi təhlükəsizlk böhranı ilə qarşı-qarşıyaykən özümüzü daha təhlükəsizlik hiss edəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA