Deputat da Naxçıvana uçuşun bahalaşmasına etiraz etdi: "Qərar acınacaqlı vəziyyətdə olan Naxçıvan əhalisi üçün böyük bir zərbədir"
07-06-2022 [18:05]
Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli 210 nömrəli qərarında dəyişikliklər edilib.
Azərbaycan vətəndaşı olan hər bir sərnişinə bu gündən etibarən güzəşt məbləği 10 manata endirilib. Qeyd edək ki, əvvəllər bu məbləğ 20 manat təşkil edirdi. Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib.
Yəni Naxçıvana təyyarə biletinin qiyməti 50 manat idisə, artıq 60 manat olub. Təyyarə biletlərinin qiymətində artım ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb və etiraza səbəb olub.
"Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Çingiz Özgür “Facebook” səhifəsində yazıb:
"İki gün öncə yolum aerokassaya düşmüşdü. Bakı-Naxçıvan reysləri haqqında məlumat yazılan ekrana baxanda elə bildim səhv görürəm. Sonra iki dəfə saydım, gördüm ki, yox, yanlışlıq yoxdur. Bir gün ərzində Naxçıvana nə az, nə çox, düz 23 reys var idi. Bu yolu gedib-gələnlər yaxşı bilir, bu rəqəm nə deməkdir. Biz ən kritik zamanlarda 10, uzağı 12 reys görmüşük".
O, hesablama da aparıb: "23 reys, hər reysdə ən az 100 adamnan 2300 adam. Gediş-dönüşü nəzərə alsaq 4600 sərnişin. Hər sərnişin başına 10 manatdan artım, 46 000 (qırx altı min manat). Sadəcə bir sutkaya 46 000 manat. Vurun bunu bir aya. 30x46000=1380000 (bir milyon üç yüz səksən min manat). Bugünkü qiymət artımı (“güzəşt azaldı” sıvaması) bir aya bu qədər fərq deməkdir".
O vurğulayıb ki, reys sayı 30 da olsa bəs etməz: "Bilirsiniz niyə? Camaat ayda bir dəfə Naxçıvana uçub, oradan İğdıra keçir. Bir aylıq ərzaq və lazımi şeylər alıb qayıdır. Qiymətlərdə o qədər fərq var ki, yol-iz bilən istənilən adam bu yoldan ayda bir dəfə istifadə edərək dolanmağa çalışır. Bax, budur idarə etdiyiniz ölkənin durumu… Üstəgəl, Türkiyəyə gedən bütün tələbələr, iş üçün, xəstəxana üçün gedənlər Naxçıvandan gedir. Üstəgəl İrana gedənlər, Məşhəd ziyarətçiləri, Kərbala ziyarətçiləri bu yolu gedir. Ümid Zəngəzur dəhlizinə qalıb…".
Beləliklə, onsuz da “AZAL”ın baha qiymətlərindən şikayətlənən əhalinin bir problemi daha da artıb.
Mia.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bununla bağlı Cebhe.info-ya açıqlamasında Nazirlər Kabinetinin qərarı ilə razılaşmadığını və belə qərarlar verilərkən əhalinin mənafeyinin üstün tutulmalı olduğunu bildirərərək məsələyə istehza ilə yanaşıb:
“Bəs Azərbaycan əhalisi qazanmalıdır? Biz bütün gücümüzü sərf edirik ki, “AZAL” qazansın. Bu gün hamı görür ki, “AZAL”ın qiymətləri bahadır və ölkə turizmi çox acınacaqlı vəziyyətə düşüb. “AZAL” az qazansa, onda nə olar, istəyirsiz ki, əhali çox qazansın? “AZAL” bu məsələdə qazanclı çıxmalıdır. Hətta dövlət də ona dəstək verir. Hərtərəfli yardım edir ki, hər zaman qazanclı çıxsın. Eybi yoxdur, hətta onun itkilərini də biz ödəməliyik”.
Deputat deyib ki, qərar acınacaqlı vəziyyətdə olan Naxçıvan əhalisi üçün böyük bir zərbədir:
“10 manat az pul deyil. İnsanlar 10 manatın sıxıntısını yaşayırlar. Böyük əksəriyyət heç o pulu tapıb Bakıya gələ bilmir. Burada məqsəd əhalinin deyil, “AZAL”ın qazanclı çıxmasıdır”.
Millət vəkili deyir ki, bu bahalaşmaya yol vermək olmaz, qiymətə yenidən baxılmalıdır:
“Bu qiymət əksinə, 40 manata enməlidir, vətəndaş gəlib-gedə bilmir. Başqa alternativ yol yoxdur ki, vətəndaş onu seçsin. İrandan da gəlmək məşəqqətli yoldur. Bəs insanlar nə etməlidir? Öz torpağına getmək üçün pulu yoxdursa nə etməlidir, ölməlidir? Hansısa bir güzəşt də yoxdur. Məsələn, bir qazidir, pulu da yoxdur, Naxçıvandan Bakıya gəlmək, yaxud Bakıdan Naxçıvana getmək istəyir, nə etsin? Naxçıvanda, Bakıda yüzlərlə işsiz var. Ona görə də bu çox düşünülməmiş, məntiqsiz qərardır. Nə ilə getsin? Düşünürlər ki, cəhənnəm olsun yoxsul adam, Naxçıvana 10 il getməsin. Belə bir düşüncə, belə bir yanaşmadır. Ona görə də anlamaq lazımdır ki, “AZAL”ın qazanması əsas hədəflərdən biridir”.
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi