"Gülənçi"lərin "ov"u başlandı

img

08-04-2014 [13:07]


Türkiyə hökuməti "Gülən camaatı"nın dövlət qurumlarındakı adamlarına qarşı əməliyyatlara başlayıb.

Mia.az ANS PRESS-ə istinadən xəbər verir ki, ilk əməliyyatlar Adana şəhər polis bölməsində həyata keçirilib.

Əməliyyat-istintaq tədbirləri nəticəsində polis bölməsinin 8 əməkdaşı saxlanılıb. Onların evlərində həyata keçirilən əməliyyat-axtarış tədbirləri davam edir. Saxlanılanlar arasında iki nəfər Milli Kəşfiyyat Təşkilatının sabiq şöbə müdirləridir.

Qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf partiyası bələdiyyə seçkilərində qalib gəldikdən sonra baş nazir Rəcəb Tayyib Ərdoğan Gülən camaatına qarşı mübarizə aparacaqlarını demişdi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA