ABŞ səfirliyi Rauf Mirqədirovun həbsindən narahat olub - AÇIQLAMA

img

22-04-2014 [15:04]


ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rauf Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahatdır. Modern.az bildirir ki, bu barədə "Azadlıq” radiosuna Bakıdakı ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib.
 
"Biz həmçinin Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası (Track II) cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq”.
 
"Xalq diplomatiyası (Track II) kontaktları hər iki cəmiyyəti münaqişənin dinc həllinə hazırlayan, etimad-yaradan mühüm tədbirlərdir,” deyə səfirliyin məlumatında bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA