Şoyqu Qərbi KTMT ölkələri arasında nifaq salmaqda ittiham etdi: "Əməliyyat sonadək davam edəcək"

img

24-05-2022 [16:55]


“Rusiya Ukraynada hərbi əməliyyatları tapşırıqlar yerinə yetirilənədək davam etdirəcək”.

 TASS xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin videokonfrans formatında keçirilən görüşündə bildirib/Report.

Onun sözlərinə görə, Qərb KTMT üzvləri arasında müttəfiqlik əlaqələrini pozmağa cəhd göstərir: "Bu isə bizdən birlik və daha koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməyimizi tələb edir. Moskva təhdidlərin neytrallaşdırılması və suverenliyin qorunması üçün müttəfiqlərə yardımı davam etdirəcək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA