Nazir Azərbaycanda qazın qiymətinin çox ucuz olduğunu deyir: "Bizdə qiymət heç nədir"

img

25-05-2022 [14:00]


“Ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətləri artırılıb".

Mia.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Nazir bildirib ki, həmin vaxtı bu, çox ağır addım olub: "Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir".

Nazir əlavə edib ki, 2021-ci ildə bir sıra proseslər gedib: "Tələblə təklif arasında natarazlıq olub. İndiki ərzaq böhranı problemi də ötən ildən başlayıb. Dünya bazarında neftin qiymətini heç kim dəqiq proqnozlaşdıra bilmir: “Ötən il qiymət bizim nəzərdə tutduğumuzdan yüksək olub. Biz isə büdcədə aşağı qiymət götürməklə özümüzü sığortalaya bilmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR