Bələdiyyələrdə Gender komissiyaları yaradılıb

img

19-05-2022 [13:10]


Azərbaycanda gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması məqsədilə bələdiyyələrdə Gender komissiyaları yaradılıb.

Bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, Gender komissiyaları risk qrupuna aid olan ailələrlə iş aparır, mövcud stereotiplərlə mübarizə istiqamətində maarifləndirmə tədbirləri təşkil edir:

"Düşünürəm ki, daha çox bələdiyyələri əhatə etmək üçün müvafiq dəstək göstərmək və təşviqat işlərində qanunlarda nəzərdə tutulan hədəflərə çatmaq üçün parlamentin iştirakı böyük töhfə olardı".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA