Şantajla Şəki sakinini intihara məcbur edən Bakı sakini tutulub

img

18-05-2022 [15:42]


Mayın 8-i saat 22 radələində rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Mia.az Şəki Rayon Prokurorluğuna istinadla xəbər verir ki, aparılan istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M (şərti) A.B-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.

17 may 2022-ci il tarixdə S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA