Ağdamda silah-sursat partlayıb, 40 yaşlı kişi ölüb - Açıqlama

img

12-05-2022 [17:21]


Ağdamda silah-sursat partlaması nəticəsində rayon sakini ölüb.

Mia.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA