"Qəbələ"nin U-19 komandası Gənclər Liqasının qalibi olub

img

10-05-2022 [23:57]


"Qəbələ"nin U-19 komandası Gənclər Liqasının qalibi olub.

Mia.az xəbər verir ki, "qırmızı-qaralar" çempionluğu XXV turdan təxirə salınmış matçda qazanıb.

"Qarabağ"la səfər oyununda 6:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi 23 görüşdən sonra xallarını 59-a çatdırıb. Bununla da Zaur Hacıyevin baş məşqçi olduğu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib.

U-19 bu nəticə ilə 2022/2023 mövsümündə UEFA Gənclər Liqasında iştirak hüququ qazanıb.

Qeyd edək ki, bu, "Qəbələ"nin Gənclər Liqasında 7-ci çempionluğudur. "Qırmızı-qaralar" 2012/2013, 2015/16, 2017/2018, 2018/2019, 2019/2020 və kubok formatında keçirilən 2020/2021 mövsümlərinin qalibi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA