Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."

img

19-11-2025 [15:47]


"5 noyabr 2025-ci ildə faktiki olaraq mövcud olmayan AVP İdarə Heyətinin iclasının keçirilməsinə və 12 rayon təşkilatının sədrinin və təşkilatın fəaliyyətinə xitam verilməsinə dair saxta sənəd yayımlanmışdır. Bununla əlaqədar olaraq fəaliyyətinə "xitam" verilən təşkilat sədrlərinin bir qrupu 2023- cü ildən sonra İdarə Heyəti tərəfindən qəbul olunan qərarların legitimliyinin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmişdir. 2024-cü ildə sədr müavini təyin olunan Günay Ağamalının da təyinatının legitimliyinə dair rəy bildirmək Ədliyyə Nazirliyindən xahiş olunmuşdur. Eyni məsələlərlə bağlı rayon təşkilatının rəhbərləri tərəfindən yaxın günlərdə məhkəməyə də müraciət olunacaqdır".

Mia.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının (AVP) son qurultayında sədr seçildiyini iddia edən Fəzail Ağamalının oğlu Elçin Ağamalı sosial media hesabında yazıb.

O, təəssüflə bildirib ki, partiyada yaranmış böhranın aradan qaldırılması üçün məsələlərin danışılaraq həll olunması istiqamətindəki bütün təşəbbüsləri uğursuzluğa uğrayıb.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA