"Qarabağ" rekorda imza atıb

img

16-05-2022 [11:51]


"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında XXI əsrin rekorduna imza atıb.

Mia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri XXVII tur oyununda nail olub.

"Köhlən atlar" yerli çempionatda vurduğu qolların sayını 68-ə çatdırıb.

Bunadək “Xəzər Lənkəran” 2004/2005, “Qarabağ” 2013/2014 və 2015/2016 mövsümlərində 66 qol vurmuşdu. Ağdam klubu bu göstəricini iki top üstələyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR