ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi

img

19-11-2025 [15:41]


Binəqədi rayonunda “Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanasındakı partlayışla bağlı məhkəmə araşdırması başa çatıb.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Hökmə əsasən, Tağı İbrahimov və Toğrul Rzayev ayrı-ayrılıqda 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdə zərərçəkmişlərin çoxu ilə barışıq əldə edilməsi nəzərə alınıb.

Qeyd edək ki, cinayət işi ilə bağlı ASC-nin faktiki sahibi Tağı İbrahimov və oranın inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayev mühakimə edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarına riayət etməyərək ehtiyatsızlıqdan 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmağa, Tağı İbrahimov isə ayrıca xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmağa görə təqsirləndirilib.

T.İbrahimov əvvəllər ATV kanalının prezidenti olub. O, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun da qardaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA