Hacıbala Abutalıbov, Əli Həsənov... - YAP veteran üzvləri ilə vidalaşacaq?
19-11-2025 [11:12]
Bu günlər hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33 ili tamam olur.
Məlumatına görə, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi.
21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.
Məlumata görə, yaxın günlərdə YAP-ın qurulmasının 33 illiyinə həsr olunacaq toplantı keçiriləcək. Toplantıda son vaxtlar YAP ətrafında cərəyan edən bir sıra qalmaqallı məsələlərə də toxunulacağı bildirilir.
Söhbət korrupsiya hüquqpozmaları və vəzifə cinayətlərinə görə saxlanılan icra başçıları və dövlətə xəyanət kimi ağır cinayətdə təqsirləndirilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı məsələlərdən gedir. Həm saxlanılan icra başçıları, həm də akademik Ramiz Mehdiyev YAP üzvü olaraq qalırlar ki, bu da partiya daxilində mühüm ziddiyyət kimi qiymətləndirilir, eyni zamanda onun siyasi reputasiyasına zərbə vurur.
Partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bu yaxınlarda mətbuata açıqlamasında bildirib ki, Ramiz Mehdiyev partiyadan, o cümlədən Veteranlar Şurasından çıxarılacaq. Bu isə məhkəmə qərarı veriləndən sonra gerçəkləşəcək.
İttihamlar ciddidir: Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətinin ələ keçirilməsi), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolla əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Ramiz Mehdiyevin partiyadan və Veteranlar Şurasından uzaqlaşdırılması tələbi YAP daxilində “təmizləmə” siqnalı ola bilər. Bu, partiyanın imicini qorumaq üçün atılan addım kimi anlaşılır: ittiham olunan şəxslərin hələ mövcud strukturlarda qalmasının partiyaya mənfi təsir edə biləcəyi düşünülür.
Bu səbəbdən də Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından kənarlaşdırılacaq yeganə üzv olmaya bilər.

Modern.az-a daxil olan məlumatda son vaxtlar adı akademiklə yaxın olmaqda hallandırılan daha bir neçə veteran YAP-çının da “qara siyahı”ya salındığı iddia olunur.
Bu sırada ilk növbədə “Dövlətqaçqınkom”un sabiq sədi Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun adı çəkilir.
Bundan başqa, Bakı Slavyan Universitetinin sabiq rektoru, son vaxtlar şahid qismində qalmaqallı məhkəmə işlərinə çağırılan Nurlana Əliyevanın da YAP-ın Veteranlar Şurasında saxlanılmayacağı söylənilir.
Məlumatlara görə, bu addımları atmaqla YAP həm hüquqi, həm etik prinsiplərə ciddi yanaşdığını nümayiş etdirəcək/Modern.az.
MİA.AZ
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub