Xarici İşlər Nazirliyinə işə qəbul müsabiqəsinin növbəti mərhələsinə start verilib

img

10-05-2022 [21:59]


Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə işə qəbul müsabiqəsinin növbəti (müsahibə) mərhələsi başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilmiş yazılı imtahan mərhələsini keçərək müsahibə mərhələsində iştirak üçün sənədlərini təqdim edən 105 namizədlə təşkil ediləcək müsahibə prosesi 27 may 2022-ci il tarixinədək davam edəcək.

Müsahibə mərhələsinin nəticələri müsahibə prosesi başa çatdıqdan sonrakı 10 gün ərzində açıqlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA