Ukrayna ilə bağlı “Marşall planı” tətbiq olunacaq: "Uzaqgörən liderlər ayağa qalxmalı və cəsarətli olmalıdırlar"
05-05-2022 [10:23]
“Bu gün Ukrayna ilə bağlı “Marşall planı”nın əsası qoyula bilər”.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Polşanın paytaxtı Varşavada keçiriləcək Ukraynaya yardımla bağlı konfrans ərəfəsində "Interfaks - Ukraina"ya müsahibəsində deyib/Report.
O bildirib ki, Varşavada keçiriləcək donor konfransın Ukrayna ilə bağlı “Marşal planı”nın başlanğıc nöqtəsi olacağına inanır: "Biz bunu etməliyik. Biz Ukraynanı mümkün qədər güclü dəstəklədiyimizi göstərməliyik. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi İkinci Dünya müharibəsini xatırladır. Bu əsrdə Ukraynaya qarşı müharibə humanitar faciədir. Bu gün uzaqgörən liderlər ayağa qalxmalı və cəsarətli olmalıdırlar. Biz Ukraynanı təkcə sözlə, çıxışlarımızla dəstəkləməli deyilik. Bu, kifayət deyil. Bizə pul, güclü siyasi iradə lazımdır”.
Qeyd edək ki, “Marşall planı” və ya rəsmi adı ilə “Avropanı bərpa proqramı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın Avropaya yardım proqramıdır. Bu təşəbbüs 1947-ci ildə ABŞ dövlət katibi Corc C. Marşall tərəfindən irəli sürülüb və 1948-ci ilin aprelindən qüvvəyə minib. Planın həyata keçirilməsində 17 Avropa ölkəsi, o cümlədən Qərbi Almaniya iştirak edib.
“Marşall plan”ı Qərbi Avropada müharibədən sonra sülhün bərqərar olmasına töhfə verib. Planın məqsədi müharibə nəticəsində dağılmış Avropa iqtisadiyyatını bərpa etmək, ticarət əngəllərini aradan qaldırmaq, Avropa ölkələrinin sənayesini modernləşdirmək, kommunistləri güc strukturlarından sıxışdırıb çıxarmaq və bütövlükdə Avropanı inkişaf etdirmək olub.
“Marşall planı”na SSRİ iqtisadiyyatının müharibədən sonrakı yenidən qurulmasına yardım da daxil idi, lakin Sovet İttifaqının rəhbərliyi proqram çərçivəsində yardımın bütün formalarından imtina edib.
Mia.az
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək
Milli Qəhrəman Şahin Tağıyev Memorial Məzarlıqda dəfn olunacaq
Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
Xırdalanda bir yaşlı körpə ölüb
Səməd Seyidov: “Ermənilərin geri göndərilməsi məsələsinə gəlincə..."
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT