İrəvanda qarşıdurma: etirazçılar polislərlə əlbəyaxa olublar

img

04-05-2022 [20:07]


Ermənistan müxalifəti paytaxt İrəvanın küçələrində etiraz yürüşü keçirib.

Ermənistan mətbuatı xəbər verir ki, etirazçılar parlament binasından Vazgen Sarkisyan küçəsindəki hökumət binaları kompleksinə eniblər.

Polis Xarici İşlər Nazirliyinin binasının girişi qarşısında etirazçıların yolunu bağlamağa çalışıb. Lakin nümayişçilər içəri keçərək Ədliyyə Nazirliyinin binasına tərəf qaçıblar. Bu vaxt asayiş keşikçiləri ilə etirazçılar arasında əlbəyaxa dava düşüb.

Daha sonra hərəkatın liderlərindən biri İşxan Saqatelyan nümayişçiləri küçəyə geri çəkilməyə çağırıb. Etirazçılar yenidən yolun hərəkət hissəsinə çıxıblar/Report.

Mayın 2-də İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar hakimiyyətin istefasını tələb edirlər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA