Rusiyanın baş ravvini Lavrova etiraz etdi: "O, üzr istəməlidir"

img

04-05-2022 [13:54]


Rusiyanın baş ravvini Berl Lazar xarici işlər naziri Sergey Lavrovun yəhudilərlə bağlı açıqlamalarını şokedici adlandırıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, baş ravvin Lavrovu yəhudilərdən üzr istəməyə çağırıb.

“Rusiya diplomatiyasının rəhbərinə məsləhət verməyə haqqım olduğunu hesab etmirəm. Amma o, yəhudilərdən üzr istəsə və sadəcə olaraq öz səhvini etiraf etsə, pis olmazdı. O zaman məsələni bağlanmış hesab etmək olar”, – Lazar Yəhudi Teleqraf Agentliyinə açıqlamasında bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA