Ukrayna ordusu daha 4 kəndi azad etdi - Rus hərbçilərinə iki istiqamətdə ağır zərbələr vurulub

img

04-05-2022 [10:22]


Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.

Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 24500 hərbçisi öldürülüb: "Son sutka ərzində Rusiyanın ən böyük itkiləri İzyum istiqamətində müşahidə olunub. Bununla yanaşı, indiyədək Rusiyanın 87 qanadlı raket, 2 610 zirehli döyüş maşını, 1 077 tank, 491-dən çox artilleriya sistemi, 194 təyyarə, 155 helikopter, 1867 avtomobil texnikası, 10 kater və 38 xüsusi texnika məhv edilib".

Məlumatda o da bildirilir ki, ötəın gün Nikolayevsk və Xerson vilayətlərinin inzibati sərhədləri yaxınlığında Rusiya ordusuna ağır zərbələr vurulub.

Belə ki, Ukrayna ordusu 4 kəndi rus hərbçilərindən azad etməklə yanaşı, Rusiyanın 47 hərbçisi, 2 zenit-raket kompleksi, 8 avtomobil texnikası, 2 PUA və daha bir hərbi karvanını məhv edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA