Rusiya ordusu mühasirədəki Azovstal zavoduna hücuma keçib: "Hazırda zavoda soxulmağa çalışırlar”

img

03-05-2022 [16:15]


Rusiya ordusu Ukraynanın Mariupol şəhərindəki Azovstal zavoduna hücuma başlayıb. 

UNIAN xəbər verir ki, “Azov” alayının komandirinin müavini Sviatoslav Palamar bu barədə yerli mətbuata danışıb.

“Bütün gecə boyu başımıza bomba yağdırıblar, nəticədə iki nəfər mülki qadın ölüb, indi də Azovstal zavoduna hücuma başlayıblar. Hazırda zavoda soxulmağa çalışırlar”./Report

Qeyd edək ki, Azovstal zavodunda sığınacaqlarda qalmış mülki sakinlərin təxliyəsinə mayın 1-dən başlanılıb. Şəhər meri Vadim Boyçenko bildirib ki, 100-dən artıq mülki şəxsi çıxarda biliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA