Azərbaycan vətəndaşı olan məşhur idmançı Kiyevdə itkin düşüb

img

22-04-2022 [13:30]


Ukraynanın paytaxt Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb.

Məlumata görə, Nikolayev şəhərində yaşayan həmvətənimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib.

Nikolayevin azərbaycanlı polisi Turan Fikrət "Report"a bildirib ki, Ə.Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, "Çerniqovskaya" metrosu istiqamətində gedib və bundan sonra ondan xəbər alınmayıb.

Qeyd edək ki, Ə.Hüseynov Ukraynada tanınmış idmançı kimi MMA növü üzrə bir sıra turnirlərin qalibi olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA