Bakıda metronun qarşısında kütləvi dava: saxlanılanlar var

img

21-04-2022 [10:53]


Bakıda kütləvi dava olub, bir qrup gənc saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Səbail Rayon Polis İdarəsinə aprelin 19-da saat 20 radələrində metronun “İçərişəhər” stansiyasının yaxınlığında bir qrup gəncin Bakı şəhər sakinləri - E.Bağırovu və V.Xanlarovu döymələri və E.Bağırovun mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA