Gəncədə məktəbli qızın bıçaqlanması ilə bağlı cinayət işi açılıb

img

21-04-2022 [10:33]


Gəncədə məktəbli qızın bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 126.1 ci maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq aparılır:

"Hadisəni törətməkdə şübhəli bilinən şəxsin barəsində yetkinlik yaşına çatmayanın nəzarət altına verilməsi qəti imkan tədbiri seçilib və nizam iltizam əsasında ailəsinə təhvil verilib. Hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar davam etdirilir, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qız şagirdi digə məktəbli qıza bıçaqla xəsarət yetirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA