May ayında ölkədə 6 gün iş olmayacaq - Bu tarixlərdə

img

19-04-2022 [17:42]


May ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 1 dekabr 2021-ci il tarixli qərarına əsasən, mayın 2, 3-ü Ramazan bayramı müəyyən edilib.

Bundan başqa, 9 May - Faşizm üzərində Qələbə Günü və 28 May Müstəqillik Günü iş günü hesab edilməyən bayram günləridir. Bu il 28 may həftənin şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün iş olmayacaq.

Beləliklə, may ayında bayramlarla əlaqədar 6 gün qeyri-iş günü olacaq/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA