“Azəriqaz”ın şöbə rəisinin iddiası... - Onu necə aldadıblar?

img

19-04-2022 [11:21]


Külli miqdarda dələduzluqda təqsirləndirilən Ülkər Qədirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mia.az-ın lent.az-a istinadla məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, 48 yaşlı Ü. Qədirova 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq vaxtından tez azadlığa buraxılıb. O, hətta məhkumluğu ola-ola 9 nəfərə qarşı dələduzluq edib. İki nəfərə paytaxtın Binəqədi rayonunda ev tikib satmaqla pul qazanmağı “məsləhət görüb”. Bu yolla onlardan 23 min və 6 min manat pul alıb. Onlardan biri, Kərimov Aftandil Murad oğlu “Azəriqaz”ın İsmayıllı rayon şöbəsinin rəisidir. Həmçinin bir nəfəri Çevik Polis Alayına, bir nəfəri isə xarici şirkətdə fəhlə işinə “düzəltmək” adı ilə hərəsindən 9 min manat pul alıb.

Daha maraqlısı isə odur ki, Ülkər Qədirova “Azəriqaz”ın İsmayıllı şöbəsinin rəis müavini Mehdiyev Qurban Hacıməmməd oğlundan 60 min manat pulu dələduzluq yolu ilə mənimsəyib. O, Q. Mehdiyevi “SOCAR”a vitse-prezident təyin etmək adı ilə alıb.

Zərərçəkmişlər arasında Azərbaycanda fəaliyyət göstərən “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri Zeynalov Əliyusif Məmiş oğlu da var.

Bütün bu cinayət əməllərinə görə, Ü. Qədirova sadaladığımız zərərçəkmişlərdən ümumilikdə 107 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA