Mətbuat Şurasının üzvündən baş redaktorlara "AZERCELL"ə qarşı çağırış

img

01-04-2014 [23:51]



"Dostlar, artıq bir aydır ki, əsas telefon nömrəmi AzerCell-dən başqa operatora daşımışam". 

Bu fikirləri Mətbuat Şurasının üzvü Azər Həsrət səsləndirib: "Hələlik adını ona görə yazmıram ki, xidmətinin və qiymətinin keyfiyyətini bəlli bir sürə sınaqdan çıxarmaq fikrim var. Yəni bəyənməsəm, ondan da imtina edəcəm. Bu öz yerində. Qayıdaq AzerCell-ə. Mənim 3 AzerCell nömrəm vardı. Artıq demək olar ki, AzerCell mənim şəxsimdə 3 abunəçisini itirdi. Sabah sonuncu nömrəmi də qapadıram və bununla da AzerCell-lə yollarımız birdəfəlik ayrılır. Maraqlananlar üçün deyim ki, buna səbəb AzerCell-in həddən artıq yüksək qiymət siyasəti, eyni zamanda bəzən istifadə edilməyən xidmətlərə görə müştərilərdən pul çıxması, bununla bağlı şikayətlərə isə etinasız yanaşmasıdır. Hər kəsə bir tövsiyəm var: sizə hörmət etməyənlərə siz də hörmət etməyin. Bir də həmkarlarımı bu MediaCell adlı jurnalistlər üçün nəzərdə tutulan xidmətdən imtinaya çağırıram. Vətəndaşlar bir xidmətdən məmnun deyilkən biz jurnalistlərin yalnız özləri üçün yaradılan üstünlükdən istifadəsi heç də məqbul sayıla bilməz. Və baş redaktorları da AzerCell-in Antalya səyahətlərindən imtinaya çağırıram. Media korporativ maraqlara deyil, xalqa, insanlara xidmət etməlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq