61 yaşlı müəllim intihar edib - Lənkəranda

img

16-04-2022 [11:03]


Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb.

Məlumata görə, hadisə rayonun Gəgiran ərazi nümayəndəliyinə aid Diryan kəndində baş verib.

Belə ki, bədən tərbiyəsi müəllimi, 1961-ci il təvəllüdlü Allahyar Qasım oğlu Rəhmətovun kəndə yaxın meşə ərazisində meyiti tapılıb.

Yaxınlarının sözlərinə görə, dünən axşamdan evə qayıtmadığından ailə üzvləri onu axtarıb və meyitini meşəlik ərazidə asılmış vəziyyətdə aşkar ediblər.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA