Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub

img

15-04-2022 [17:33]


Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub.

Mia.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, nazirlikdə bu ilin fevral ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı qurumun kollegiyasının müvafiq qərarı ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Belə ki, pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis təyinatda iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim edib və onlara iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisəsələrində işləməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA