“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir

img

15-04-2022 [16:06]


“Nar” 2022-ci ildə də ölkənin nüfuzlu bilik yarışı “Breyn Rinq”lə əməkdaşlığını davam etdirir. Artıq 19-cu mövsümə start vermiş intellekt müsabiqəsində Azərbaycanın 9 bölgəsini və 8 universitetini təmsil edən 20 komanda yarışır.

Mia.az xəbər verir ki, 19-cu mövsümdə komandalar 3 divizionda, Bakı, regional və tələbə divizionlarında mübarizə aparır. Bakı divizionunda 4, region və tələbə divizionlarının hər birində 8 komanda iştirak edir. Divizionların qalibləri və reytinq əsasında seçilən bir komanda mövsüm finalında görüşəcəklər. Hər cümə saat 22:00-da İctimai TV-də komandalar arasındakı kəskin bilik mübarizəsini izləmək mümkündür.

Qeyd edək ki, müsabiqəni efirdən izləyən “Breyn Rinq” tamaşaçıları da suallara cavab vermək və “Nar”dan hədiyyə qazanmaq imkanına sahidirlər. Bunun üçün efirdə səslənən xüsusi suala “Nar”ın “Twitter” səhifəsindən cavab vermək lazımdır.

Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində davamlı layihələri ilə seçilən mobil operator “Nar” uzun illər ərzində “Breyn Rinq” layihəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq da “Nar”ın təhsilə və maariflənməyə dəstək KSM strategiyası çərçivəsində həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA