NAZİR MÜŞAVİRLƏRİNİ YÜKSƏK VƏZİFƏLƏRƏ TƏYİN ETDİ: direktor, aparat rəhbərinin müavini...

img

15-04-2022 [10:30]


Energetika naziri Pərviz Şahbazov müşavirlərinin sayını azaldaraq 5-dən 3-ə endirib.

Məlumata görə, nazirin vəzifəsindən azad etdiyi müşavirlər Cavid AbdullayevVüsal Musayev və Xalidə Mənsimovadır.

Bunlardan C.Abdullayev nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru təyin olunub. İndiyə qədər bu quruma rəhbərlik edən Təbriz Əmmayev isə öz xahişi ilə direktor müavini vəzifəsinə keçirilib.

Nazirin digər keçmiş müşaviri X.Mənsimova isə nazirliyin aparat rəhbərinin müavini təyin edilib. İndiyə qədər bu vəzifəni icra edən Rövşən Kərimov isə nazirin yeni müşaviri olub.

P.Şahbazovun digər 2 müşaviri isə əvvəlki qaydada Zəminə Əliyeva və Vüsal Rəcəblidir.

Nazirlikdən məlumatları "Report"a təsdiq ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA