İlkin Süleymanovun məhkəməsi: öldürülən 10 yaşlı Nərminin sinif yoldaşları da ifadə veriblər
14-04-2022 [19:43]
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi iləkeçirilən prosesdə Nərmin Quliyeva ilə eyni məktəbdə oxuyan S.Abdullayeva və Ş.Abdıyeva, həmçinin 3 kənd sakini ifadə verib.
Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.
Ş.Abdıyeva bildirib ki, Nərminin itdiyi gün onu əmisigilin küçəsində görüb: "Mən S.Abdullayeva ilə birgə ingilis dili məşğələsindən qayıdan zaman Nərmini əmisinin evlərinin yanında gördüm. O, küçə ilə aşağıya doğru gedirdi. Küçədı "Malış" ləqəbi ilə tanınan çoban da var idi. Sonra Nərminin itdiyini bildik, məktəbdə hər kəs bu haqda danışırdı".
Daha sonra ifadə verən S.Abdullayeva isə həmin gün oradan keçdiyini təsdiqləsə də ətrafda heç kimi görmədiyini deyib: "Mən ozaman 5-ci sinifdə oxuyurdum. Bəli, sinif yoldaşımla birgə həmin küçədən keçdik, lakin ətrafa fikir vermədim".
Məktəblilərdən sonra meytin tapıldığı gün həmin küçədən keçən 3 kənd sakini ifadə verib. Onlardan Tahir Orucov və onun qızı Nuriyə Ramazanova bildirib ki, taksi ilə küçədən keçəndə biliblər ki, meyt tapılıb.
T.Orucovun sözlərinə görə, həmin vaxt küçədə "Muradı və Nazimi adlı şəxsləri, bir də İlkin Süleymanovu görüb: "Oradan keçirdik yolun kənbarında yanmış meyit olduğunu deyirdiər".
N.Ramazanova isə qeyd edib ki, həmin o Murad adlı şəxsin İlkin Süleymanovu çağırdığını eşidib: "Mən Muradı gördüm. O, İlkin Süleymanovu səsləyirdi. Ona görə də bildim ki, İlkin də oradadır".
Hakimin qərarı ilə cinayət işi üzrə məhkəminin növbəti prosesi aprelin 15-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"